Qərb dövlətlərinin bəlası “WikiLeaks” Rusiya hökuməti HAQQINDA

“WikiLeaks” saytı ən çox Qərb ölkələrində skandal materialları dərc edən sayt kimi tanınır. Məhz bu saytın fəaliyyəti nəticəsində ABŞ və Avropa diplomatlarının fəaliyyəti ilə böyük qalmaqallara səbəb olmuşdu.

Bundan başqa, sayt 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində açıq-aşkar D.Trampın tərəfini tutmuş, Rusiya hakerlərinin Demokrat partiyasının serverindən oğurladığı sənədləri dərc etmişdi. Lakin nə hikmətdirsə, “WikiLeaks” və onun rəhbəri Culian Assanj eyni həssasiyyəti Rusiya ilə bağlı ortaya çıxan materillarla bağlı göstərməyib. Daha doğrusu, Kremlin qaranlıq fəaliyyətinə dair sənədləri nümayiş etdirməkdən imtina edib.

Bununla bağlı olaraq ABŞ-ın “Foreign Policy” jurnlında Cenna Maklaflinin imzası ilə maraqlı məqalə dərc olunub. Jurnalist saytın nümayəndəsi ilə apardığı yazılı çatda (söhbətində-red) məsələ ilə əlaqədar suallar ünvanlayıb. “WikiLeaks”-in nümayəndəsi “Foreign Policy”yə verdiyi cavabda bu sənədlərin artıq dərc olunduğunu söyləyib.

“WikiLeaks” əvvəllər dərc olunmuş və ya əhəmiyyətsiz hesab etdiyi materialları dərc etməkdən imtina edir. İnformasiyanın hansı ölkədən gəlməsinin saytımız üçün heç bir fərqi yoxdur”, jurnalistlə danışan nümayəndə belə yazıb.

Jurnalist onunla söhbət aparan adamın Culian Assanjın özü olduğunu düşünür. Çünki bu akkaunta şəxsən Assanj tərəfindən nəzarət edildiyi hər kəsə məlumdur.

 

Assange kreml ile ilgili görsel sonucu

 Cenna Maklaflin əldə olunan materialların Assanjın dediyi kimi, əvvəllər dərc olunduğu və az əhəmiyyət daşıması ilə bağlı söylədiklərinin doğru olmadığını yazır.

“2014-c ildə BBC və digər kütləvi informasiya vasitələri Rusiya silahlı qüvvələrinin və kəşfiyyatının Ukrayna hadisələrində iştirakı ilə bağlı sənədlər toplusunu ortaya çıxardı. “WikiLeaks” isə susmağa üstünlük verib”, - yazıda qeyd olunur.

Maklaflinlə söhbət edən başqa bir mənbə digər maraqlı faktın üstünü açıb. Həmin mənbə “Wikileaks”ə Rusiya ilə bağlı bir sıra materiallar göndirdklərini bildirir. “Bu materialların dərc olunması saytın Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunmadığını göstərəcəkdi. Burada “Wikileaks”in Rusiyada korrupsiyadan və rejimin sərtliyindən əziyyət çəkən əməkdaşlarından və onların qohumlarından söhbət açılırdı. Biz “Wikileaks”in həmin sənəndləri dərc edəcəyinə əmin idik. Lakin Assanj müxtəlif bəhanələrlə bunu həyata keçirmədi. Əvəzində sənədlər başqa bir saytda yayımlandı və orada gedən informasiyalar sonradan heç inkar da edilmədi”.

 

İlgili resim

 Jurnal yazır ki, əgər yarandığı ilk illərdə “WikiLeaks” müxtəlif mövzulara toxunurdusa, 2016-cı ili sadəcə və bütünlükdə Hillari Klinton və onun seçki kampaniyasına həsr edib.

İlk illərdə “WikiLeaks” Rusiya haqqında ifşaedici məlmatlar yayacağını bəyan etsə də, sonrada Assanjın Kremlə münasibəti dəyişib. 2012-ci ildə isə o, Rusiyanın qara təbliğat kanalı “Russia Today”də veriliş aparmağa başlayıb.

 

RUSSİA TODAY.jpg (114 KB)

 2016-cı ildə “Daily Dot” internet qəzeti saytın Suriya rejimi və Rusiyanın dövlət banklarından biri arasında 2 milyard dollarlıq tranzaksiyası barədə gedən informasiyanı qəsdən vermədiyini yazıb. Həmin sənədlərlə bağlı ətraflı məlumat ABŞ-ın Nyu-York federal məhkəməsinin məxfiləşdirilmiş materiallarında yer alıbmış.

“WikiLeaks” isə materilların amerikalıların özləri tərəfindən, qəsdən onun reputasiyasını korlamaq üçün sızdırıdığını iddia edir. Bütün hallarda nəticənin eyni olduğunu adi gözlə müşahidə etmək olar: Culian Assancj Kremlin xətrinə dəyə biləcək heç bir informasiyanı yaymır.

 

 






Fikirlər