ABŞ-ın UĞURSUZ QƏLƏBSİ: 300 MİLYONA CƏMİ 3 HƏDƏF..

ABŞ Böyük Britaniya və Suriya ilə birlikdə ötən həftə sonu Suriya Prezidenti Bəşər Əsəd rejiminə sadiq qüvvələrin mövqelərini bombardman etməyə başlayıb.

Buna səbəb kimi ABŞ Prezidenti Donald Tramp Əsədin dinc sakinlərə kimyəvi hücum təşkil etməsini göztərib. Həmin hücum zamanı çoxu qadın və uşaq olmaqla 78 dinc sakin həyatını itirmişdi.

İlk gündə ABŞ və müttəfiqləri Əsəd mövqelərinə 105 raket atıb. Raketlərin atılmasında ABŞ-ın Qətərdəki Əl Ubeyd hərbi hava bazası böyük rol oynayıb. Raketlər 2 ədəd B-1B bombardmançısı vasitəsilə F-22 və F-15 döyüş təyyarələrinin müşayiəti ilə Suriyaya çatdırılıb.

ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, hücum zamanı 3 hədəf məhv edilib. Pentaqonun 300 milyon dəyəri olan bir əməliyyatla 3 hədəfi məhv etməsi əməliyyatın uğursuzluğa düçar olduğunu deməyə əsas verir.

Bundan başqa, əməliyyata qarşı Rusiya S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə edilməyib. Əsəd ABŞ raketlərinə qarşı yalnız S-125 və S-200 sistemlərindən yararlanıb.

Rusiya Müdafiə Nazirliyi atılan 105 raketdən 71-nin sistemlər tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Əsəd rejimi hücum zamanı hərbi obyektlərin zərər görmədiyi, dinc sakinlərin yaşadığı binaların bombalanması ilə bağlı məlumat yayıb.

 






Fikirlər