TRAMP Kim Çen İnlə görüşmək istədiyi YERİ AÇIQLADI

Tramp Kim Çen İnlə görüşmək istədiyi yeri açıqladı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşmək istədiyi yeri açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter" hesabından açıqlama ilə çıxış edən Tramp "Çox sayda ölkə görüş yeri kimi nəzərdən keçirilir, amma Şimali və Cənubi Koreya sərhəddində yerləşən "Sülh Evi" 3-cü ölkədən daha mənalı, əhəmiyyətli və unudulmaz olmaz? Sadəcə soruşuram" fikirlərini səsləndirib.
Qeyd edək ki, tərəflərin görüşü yaxın həftələrə planlaşdırılır. 27 apreldə isə Şimali və Cənubi Koreya liderləri "Sülh Evi"ndə bir araya gəldilər. İki ölkə nüvə silahlarından imtina, bu il ərzində Koreya müharibəsinin rəsmi şəkildə sonlandırılması kimi vacib qərarlar qəbul etdi.






Fikirlər