Dağlıq QARABAĞda Ermənistan və Azərbaycan MÜHARİBƏYƏ HAZIRLAŞIR...
Almaniyalı politoloq Aleksandr Rar Ermənistan mediasında müsahibəsində tərəflərin müharibəyə hazırlaşdığını deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqların dəyişəcəyini proqnozlaşdırmaq olmur.
"Tərəflər faktiki olaraq müharibəyə hazırlaşdıqlarını açıq şəkildə elan edirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bundan sonrakı mərhələdə daha çox gərginliyin aradan qalxması və təhlükənin dəf edilməsi istiqamətində səy göstərəcək”, - deyə almaniyalı politoloq qeyd edib.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauera da tərəflər arasında müharibə ritorikasının gücləndiyinə diqqət çəkib.