“ELƏ BİL təhsil idarəçiləri detektiv FİLM İZLƏYİR...”

“Elə bil təhsil idarəçiləri detektiv film izləyir...”

Xəbər verildiyi kimi, dünən aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona bədən xəsarətləri yetirib.

AzerTaym.az xəbər verir ki, faktla bağlı Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində araşdırma başlanılıb. Döyülmə faktı şöbənin təhqiqat bölməsində araşdırılır. Artıq məktəb direktoru Tural Mirzəliyevin şikayət ərizəsi alınıb. Hadisəni törədən aktyor Rza Rzayev də polis şöbəsinə dəvət edilib.

Qeyd edək ki, baş nahiyəsindən xəsarətlər alan məktəb direktoru 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi də açıqlama yayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Tural Mirzəliyevin hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirildiyini deyib: “Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyinin rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.






Fikirlər