Türkiyə prokurorluğu Fətullah Güləni səfir Karlova sui-qəsddin təşkil edilməsində İTTİHAM ETDİ

Türkiyə prokurorluğu Fətullah Güləni səfir Karlova sui-qəsddin təşkil edilməsində İTTİHAM ETDİ

Hurriyyet.org xəbər verir ki, Türkiyə prokurorluğu Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işini məhkəməyə təqdim edib. 28 nəfər şübhəli şəxsə qarşı ittihamlar irəli sürülüb. “Anadolu Agentliyi”nin verdiyi məlumata görə, ittiham edilənlər arasında FƏTÖ terror təşkilatının başçısı Fətullah Gülən də var.

Prokuror Adem Akınçı tərəfindən hazırlanmış ittiham Ankara Şəhər Məhkəməsinə təqdim edilib. Sənəddə qətlin Türkiyə-Rusiya münasibətlərinin pozulması niyyətilə törədilmiş təxribat olduğu qeyd edilib.

Güləndən başqa ittiham edilənlər arasında Şerif Ali Tekelan, Emrullah Uslu, Şahin Soqyut, Hayyreddin Aydınbaş, Mustafa Timur Özkan və başqalarının da adı vardır. Onlar terror təşkilatının üzvü olmaqda və terror məqsədilə sui-qəsd təşkil eləməkdə ittiham edilirlər.

Rusiya diplomatı 2016-cı il dekabrın 19-da, “Kalininqraddan Kamçatkaya qədər Rusiya səyahətçinin gözü ilə” adlı sərginin açılışında, polis əməkdaşı Mövlut Altıntaş tərəfindən qətlə yetilirib.






Fikirlər