Kremlin “BEŞİNCİ KOLON”u HƏRƏKƏTƏ KEÇİR: Paşinyan 14 GÜN SONRA...
Ermənistan taxıl blokadasına salına bilər. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bununla Kreml Paşinyan iqtidarına “incə” mesaj vermiş olar: “Ermənistanda seçkiyə az qalmış Kreml belə bir addımla İrəvana təzyiq edə bilər. Bu təzyiq Paşinyana xəbərdarlıq, onu seçkilərdə (növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək -red.) məğlub etdirmək üçün Moskva tərəfindən əməliyyatın başlanılmasına start verilməsi kimi də dəyərləndirilə bilər”. Politoloq qeyd edib ki, istənilən halda rusların Ermənistanda “beşinci kolon”u yenə də çox güclüdür: “Kremlin “beşinci kolon”un əli ilə Ermənistanda provakasiyalara, sabotajlara əl atmaq imkanları istisna edilməməlidir”. Qeyd edək ki, Cənubi Qafqaz Dəmiryolları QSC 2018-ci ilin 1 dekabrından etibarən müvəqqəti olaraq Qafqaz-Poti-Qafqaz istiqamətində bərə ilə daşımaları dayandıracaq. Eyni zamanda 2019-cu yanvarından etibarən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Maraqlıdır ki, QSC-nin bu addımı növbədənkənar parlament seçkisi və Ermənistan Nəqliyyat Nazirliyi, Cənubi Qafqaz Dəmiryolları QSC və Gürcüstan Dəmiryolları arasında əldə olunan razılaşma ərəfəsinə düşür. Belə ki, bu razılaşmaya əsasən, Poti limanından Ermənistana yük daşımaları üçün nəzərdə tutulan tariflərin 52% endirilməsi nəzərdə tutulmuşdu.