SƏYAVUŞ ASLANIN oğlu sığınacağa yerləşdirildi - NİYƏ...?!

Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun qalmağa evi yoxdur.

"AzerTaym.az" “Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur aktyorun övladı Çingiz “Bizimləsən” proqramında qonaq olarkən deyib. 

O, hostellərdə gecələdiyini qeyd edib.  Aparıcı Zaur Baxşəliyev isə hostel sakinlərinin Çingizdən şikayətçi olduğunu, onunla bir yerdə qalmaq istəmədiklərini bildirib. 

Proqramda məlumat verilib ki, Çingiz Aslan qaraciyər serrozundan əziyyət çəkir və ötən gün müvəqqəti olaraq sığınacağa yerləşdirilib. 

***
“Qafqazinfo”  məlumat üçün bildirir ki, Azərbaycanın görkəmli sənətkarı Səyavuş Aslanın şəhərin mərkəzindəki bahalı evi məhz bu oğluna qalıb.  

Onun ikinci oğlu Eldar isə uzun müddətdir ki, Moskvada yaşayır. Hazırda sığınacağa yerləşdirildiyi və “Səyavuş Aslan kimi bir aktyorun oğlunun qalmağa yeri yoxdur” kimi təqdim olunan Çingiz Aslan məhz atasının evini sataraq pis vərdişlərə xərcləyib. Ona görə də həmin pis vərdişlərin nəticəsi olaraq qaraciyər serrozundan əziyyət çəkir və sığınmağa yeri yoxdur... 

Xatırladaq ki, bu baradə vaxtilə mətbuatda da kifayət qədər məlumat dərc olunub. Həmin xəbərlərdən birini buradan oxuya bilərsiz.

 

 






Fikirlər