Azərbaycanlıları SEVİNDİRƏCƏK XƏBƏR - Rusiyada yeni qayda tətbiq olunacaq
Rusiya ərazisində ev alan xarici vətəndaşlara öz qohumları və ya başqa həmyerliləri evində qeydiyyata almağa icazə veriləcək.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim edilib.
Oktyabrın əvvəlində səsləndirilən ekspert proqnozuna görə, bu ilin miqrasiya artımının göstəricisi 2018-ci ilin göstəricilərini əhəmiyyətli dərəcədə - iki dəfə üstələyəcək. Bu, son 10 il ərzində rekord göstərici olacaq.
Qeyd edək ki, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Bu baxımdan, yeni qanunun qəbulu həmyerlilərimizi də sevindirəcək.