ASALA üzvlərini məhv edən Çatlı necə öldürüldü... - FAKTLAR

Məşhur türkiyəli, “mafiya lideri” kimi tanınan Abdulla Çatlının sirli şəkildə ölümündən 23 il keçir. Ermənilərin ASALA terror təşkilatının ən təhlükəli liderlərinin zərərsizləşdirilməsi məhz onun adı ilə bağlıdır.

Axar.az xəbər verir ki, Çatlı haqda kifayət qədər ziddiyyətli bilgilər var.

Niyə ziddiyyətli? Əksəriyyət Abdulla Çatlının erməni və kürd terrorçularına qarşı mübarizə aparan qəhrəman hesab edib və edir. Lakin indiyə qədər Çatlının qəhrəmanlaşdırılmasına qarşı çıxan şəxslər də var: o, əsl mafiya lideri olub.

ASALA-nın amansız düşməni

“Ermənistanın gizli qurtuluş ordusu” (ASALA) 1975-ci ildə Beyrutda yaradılıb, mənzil-qərargahı isə Dəməşqdə yerləşib. Fələstin bazalarında təlim keçmiş mindən artıq döyüşçüdən ibarət olub. Bu qruplaşmanın terror fəaliyyəti nəticəsində dünyanın müxtəlif ölkələrində 20-dən çox Türkiyə və Azərbaycan diplomatı qətlə yetirilib. Azərbaycan və Türkiyə ərazisində bir sıra terror aktları təşkil olunub.

Məhz Çatlı 1982-ci ildə ASALA-nın bütün liderlərinin öldürülməsi ilə bağlı xüsusi əməliyyatı planlaşdırıb və həyata keçirib. O, qruplaşmanın bütün liderlərini, daha dəqiq desək, 7 təhlükəli terrorçunu günlərlə izləyib. Dəqiq hesablanmış plan nəticəsində onları bir-birinin ardınca zərərsizləşdirib. Ən təhlükəli başkəsənlər və quldurlardan ibarət təşkilat uzun müddət bir türk xüsusi agentindən qorxub.

Türk xüsusi agenti?

Abdulla Çatlının həmçinin Boz Qurdlar Hərəkatının üzvü, “Qladio” beynəlxalq şəbəkəsinin türk bölməsinin əməliyyatçısı və Türkiyə xüsusi xidmət orqanlarının gizli agenti olmasına dair informasiyalar da mövcuddur.

Türkiyənin Milli Kitabxanasının arxivindən: “1980-ci ilin aprelində Livanda ASALA və PKK terror qruplaşması birgə terror aktlarının keçirilməsi ilə bağlı razılaşma imzalayır. Növbəti illərdə Türkiyədə kürd terrorçularının zərərsizləşdirilməsi və seriyalı qaçırılması həyata keçirilir. Bir sıra hallarda Abdullah Çatlı bu işdə birbaşa iştirak edirdi.

Sirli ölüm

Hətta ən inkişaf etmiş ölkələrin xüsusi xidmət orqanları da onu tapa bilmir, bütöv bir terror qruplaşması ondan qorxurdu. Onun başına kosmik məbləğlər qoyulmuşdu. O isə yol qəzasında həlak oldu.

3 noyabr 1996-cı ildə Abdulla Çatlının olduğu avtomobil “təsadüfən” traktora çırpıldı. Qəzanın qəsdən törədilməsi ilə bağlı versiya olsa da, bunu sübuta yetirmək üçün faktlar ortaya çıxmadı.

Çatlının doğma şəhərində baş verən dəfn mərasimində təxminən 50 min insan iştirak etdi...






Fikirlər