Nərmini öldürən İlkinlə bağlı bacısından ŞOK İDDİA

Nərmini öldürən İlkinlə bağlı bacısından şok iddia

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı qızın qətlində şübhəli bilinən İlkin Süleymanovun bacısı İlhamə Süleymanova qardaşının cinayəti işgəncə altında etiraf etdiyini söyləyib. 
Baş Prokrorluğun mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı işgəncə hallarından söhbət belə gedə bilməz.
Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat qrupu İlkin Süleymanovun yaşadığı evin həyətinin giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən Nərminin saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İstintaqın gedişatı ilə bağlı yayılan rəsmi məlumata əsasən, İlkin Süleymanov törətdiyi əməli tam etiraf edib.






Fikirlər