Bir gündə 11 MİLYARD DOLLAR QAZANDI

Bir gündə 11 milyard dollar qazandı

"Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno bir gündə 11,3 milyard dollar gəlir əldə edib. 

Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, buna onun sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinin artması səbəb olub. Beləliklə. Arnonun şəxsi sərvəti yenidən 35 milyard dolları keçib.

 

Qeyd edək ki, Bernar Arno Avropanın ən varlı adamı hesab olunur. O, "Louis Vuitton", "Christian Dior", "Gucci", "Yves Saint Laurent", "Alexander McQueen", "Stella McCartney", "Sergio Rossi", "Bottega Veneta" və "Boucheron" markalarının sahibidir. 






Fikirlər