“COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa ÇATACAQ

“COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq”

COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq. “Qafqazinfo” bildirir ki, bunu “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts “Fox News” telekanalına müsahibəsində deyib.

“Əgər peyvəndlərin tətbiqi, ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində təsdiqlənərsə, ABŞ-da vəziyyət gələn yayadək normal məcraya qayıtmağa başlayacaq və bizim fəaliyyətimiz gələn ilin sonuna qədər qaydasına düşəcək, əgər, əlbəttə ki, biz başqa ölkələrə də kömək edəcəyiksə”, - deyə Qeyts bildirib.

“Epidemiya ən yaxşı halda, yəqin ki, 2022-ci ildə başa çatacaq. Lakin 2021-ci il ərzində qlobal yanaşma olduqda biz [infeksiyanın yayılması] göstəricilərini aşağı salmalıyıq. Allaha şükür ki, vaksinlərin işlənməsi texnologiyaları artıq mövcud idi, maliyyə alındı, şirkətlər isə ən yaxşı mütəxəssislərini ayırdılar. Buna görə optimistəm, bunların hamısı əbədi davam etməyəcək”, - deyə Qeyts əlavə edib.






Fikirlər