Ermənilər bu kəndi də Azərbaycana qaytarır
Naxçıvanın Ermənistan işğalında olan Kərki kəndi 5 gün ərzində Azərbaycana təhvil veriləcək. “AzerTaym.az" bildirir ki, bu haqda erməni mediası məlumat yayıb. “Mediaport” teleqram kanalı bildirir ki, bununla bağlı artıq Azərbaycan və Ermənistan arasında razılıq əldə olunub. Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan görüş keçirib. Görüş Yerasx və Sədərək məntəqələri arasındakı neytral zonada baş tutub.