Daha bir polis rəisi işdən çıxarıldı
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur. Bakıda daha bir polis rəisi işdən çıxarılıb.
Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.