G7 ölkələri təcili toplanır - Şark Mişel
Dünyanın ən qüdrətli “Böyük yeddilik” ölkələrinin liderləri və Avropa Birliyinin rəhbərliyi bu gün danışıqlar üçün təcili toplanırlar. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının sədri Şarl Mişel Tvitter hesabında bəyan edib. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını bildirib. Şarl Mişel Rusiyanı kəskin şəkildə qınadığını açıqlayıb və Ukrayna ilə tam həmrəyliklərini ifadə edib. “Bu gün Avropa Birliyi və Böyük Yeddilik liderləri Rusiyanın qeyri-qanuni hərəkətləri ilə bağlı bir sonrakı addımları müzakirə edəcək və Ukraynaya dəstəklərini bildirəcəklər”,-deyə AB rəsmisinin tvitində qeyd olunur.