Putinin nüvə təhdidindən sonra Baydenin “qiyamət təyyarəsi” havaya qalxdı - FOTOLAR

Putinin nüvə təhdidindən sonra Baydenin “qiyamət təyyarəsi” havaya qalxdı - FOTOLAR

Rusiya-Ukrayna müharibəsində şiddətli döyüşlərin getdiyi bir vaxtda ABŞ Hərbi Hava Qüvvələri nüvə silahına davamlı olan “qiyamət təyyarəsi”ni havaya qaldırıb.

Moderator.az xəbər verir ki, təyyarə səmada 4,5 saatlıq təlim uçuşu edib. Boeing 747 model sərnişin təyyarələrinin modifikasiyası ilə dizayn edilmiş innovativ Boeing E-4B fevralın 28-də ABŞ-ın Nebraska ştatı üzərində uçarkən görüntülənib. Təlim uçuşu Rusiya prezidenti Vladimir Putinin nüvə silahlarını döyüş hazırlığı vəziyyətinə gətirəcəyini elan etdikdən qısa müddət sonra həyata keçirilib.

Nebraskadakı Hərbi Hava Qüvvələri bazasından havaya qalxan təyyarə Çikaqoya doğru 4,5 saatlıq uçuşu tamamladıqdan sonra bazaya qayıdıb. Bu qısa uçuş zamanı təyyarənin ballistik raketləri izləmək üçün istifadə edilən havadan xəbərdarlıq və nəzarət reaktivləri ilə müşayiət olunduğu bildirilib.

 Məlumatlar isə sirr kimi saxlanılır...

E-4B ABŞ ordusunun 1970-ci illərdən bəri saxladığı “Nightwatch” təyyarə parkının bir hissəsidir. “Livescience”-ə görə bu təyyarə dizaynı nüvə müharibəsi zamanı yüksək rütbəli hərbçilərə mobil komanda mərkəzi kimi xidmət etmək üçün nəzərdə tutulub. Dəyəri 200 milyon dollar olan dizayn kommersiya 747 model təyyarələri görünməyən bir sıra təhlükəsizlik xüsusiyyətlərinə malikdir.






Fikirlər