İqor Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerdə - FOTO/VİDEO
AZAL-ın təyyarəsinin Aktau yaxınlığında faciəvi qəzaya uğramasından üç ay sonra təyyarə kapitanı İqor Kşnyakinin ailəsi faciə yerinə gədib.
Bizim.Media xəbər verir ki, mərhum pilotun həyat yoldaşı Yana Kşnyakinanın “1news.az”a verdiyi məlumata görə, bu, onların qəza yerinə ilk səfəridir.
Xanımı bildirib ki, kədərli gündə həlak olanların xatirəsini yad etmək onlar üçün vacib idi.
“Biz ailəlikcə fəlakət baş verən gün buranı ziyarət etmək üçün uçduq. Bu gün qəzadan üç ay keçir".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onlar ll Fəxri xiyabanda dəfn ediliblər.