Bakıya məcburi ENİŞ EDƏN təyyarə UÇUŞA HAZIRDIR

Bakıya məcburi eniş edən təyyarə uçuşa hazırdır

Bakıda məcburi eniş edən British Airways şirkətinin "Boeing 777" təyyarəsi uçuşa hazırdır. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan AzərTAC-a bildiriblər ki, təyyarə özü uçuşa hazırdır. Lakin ekipajın iş vaxtı bitib və o istirahət etməlidir. Sərnişinlər aeroportun tranzit zonasında yerləşdirilib.

Onlara istənilən kömək edilir, qida və içkilərlə təmin olunurlar. Təyarənin gələcək taleyi British Airways şirkətindən asılıdır", - deyə aeroportdan bildiriblər.

“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib. Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.

Müvəffəqiyyətlə yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilib.

Təyyarənin 135 sərnişini və 17 heyət üzvü var.

İlk öncə təyyarənin kapitanı sərnişinlərin təyyarədə qalması barədə qərar qəbul etmişdi. lakin sonra sərnişinlərin təyyarəni tərk etməsi barədə qərar qəbul edib.






Fikirlər