"Kremli sarı-goy rənglərə boyamağın və Moskvayadək geri çəkilməyin zamanı yetişib..."

"Rusiyanın Ukraynada hərbi strategiyasının iflasa uğraması göz önündədir..."

"Putinin komandası yalnız oğurluğu bacarır, özü isə cinayətkardan betərdir..."
 
"Putin avantürası SSRİ-nin Finlandıyaya qarşı iflasa uğrayan və rüsvayçı "qış müharibəsi"nə çevrilə bilər..."
 
Tanınmamış "Donetsk xalq respublikası"nın sabiq "müdafiə naziri", Donbasda 2014-cü il hadisələrinin fəal iştirakçısı, məhz onun sayəsində "xalq respublikaları"nın yaradılmasını gizlətməyən İqor Strelkov-Qirkin Ukrayna cəbhəsində yaranmış vəziyyəti təsvir edib və bununla bağlı öz fikirlərinı ifadə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
 
"Üzdəniraq "xüsusi hərbi əməliyyat"ın yarımillik yubileyinə iki həftədən az vaxt qalıb. Artıq aydındır ki, əməliyyatın "üçünçü səmərəli" mərhələsi "ikinci konkret" mərhələsinə nisbətən daha da uğursuz olub.
 
Qirkinin fikrinə görə, sentyabrın 11-dək ( Rusiyada "vahid səsvermə günü" güman edilir ki, zəbt edilən Ukrayna ərazilərində Rusiyaya birləşdirilmə haqqında referendumlar keçiriləcək) nə "DXR"-in bütöv ərazisini azad etmək, nə də hətta Slavyanskı götürmək alınmayacaq.
 
"Rusiyanın Ukraynada hərbi strategiyasının iflasa uğraması göz önündədir", - sabiq "nazir" məlumat verib və bununla bağlı aşağıdakı təklifləri irəli sürüb:
 
1) bütün siyasi büro güllələnsin;
2) Kreml sarı-göy rəngə boyansın;
3) Moskva və Stalinqradadək geriyə çəkilməyin yoxlanılmış strategiyasının gerçəkləşməsimə başlanılsın.
 
Bu zaman Qirin artıq dəfələrlə tənqidlərə məruz qalan "faner marşalı", Rusiya müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən azad edilməsini təklif etmir, çünki onun indi "istefası" gələcək "uğurlar" üçün layiq olduğu şöhrətdən xilas edə bilər.
 
Qirkin Rusiyanın Ukraynaya qarşı müharibənin aparılması strategiyasını ilk dəfə deyil ki, tənqid edir.
 
O, əvvəllər də bəyan edib ki, rusiyalı hərbçilər zəbt edilən ərazilərə nəzarət etmək iqtidarında deyil.
 
Qirkin xəbərdarlıq edib ki, Putin avantürası SSRİ-nin Finlandiyaya qarşı iflasa uğrayan və rüsvayçı "qış müharibəsi"nə çevrilə bilər.
 
Bundan öncə, hələ 2020-ci ilin may ayında Dmitri Qordona verdiyi müsahibəsində o, bəyan edib ki, "Putinin komandası yalnız oğurluğu bacarır", Rusiya prezidentinin özü isə "cinayətkardan betərdir".
 
Həmin müsahibədə Qirkin 2014-cü ildə Donbas üzərindəki səmada Malayziyanın "Boing" təyyarəsinin vurulmasında özünün "bilvasitə məsuliyyətini" təsdiq edib.
 
Xatırladaq ki, 2020-ci ilin martında Haaqada məhkəmə prosesi başlayıb. Prosesdə təyyarə qəzasında və bortunda olan 298 nəfərin həlak olmasında əli olanlar qismində Qirkin və  onun tabeçiliyində olan üç nəfər- Sergey Dubinski, Oleq Pulatov və Leonid Xarçenko çıxış edir. 
 
İttiham aktının əsasını Niderlandın təhlükəsizlik üzrə Şurasının və Birləşmiş istintaq qrupunun araşdırmaları təşkil edib.
 

 

Bir ay öncə tanınmış rusiya-ukraynalı prodüser Aleksandr Rodnyanski Qirkini Rusiya-Ukrayna müharibəsinin başlıca günahkarı adlandırıb.






Fikirlər