XƏBƏRDARLIQ dövrü bitdi: ermənilərin başı belə ƏZİLƏCƏK...

Azərbaycan Ordusu bu əraziləri nəzarətə götürdü

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Bu o deməkdir ki, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb”.

Musavat.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

15dc280e9741fd4d708eb1ffec16302a.jpg (134 KB)

Onun sözlərinə görə, atılan addımlar Qarabağda artıq müdaxilə dövrünün başladığı deməkdir:

“Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb: söhbət Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolundan gedir;

İkincisi, bu, Azərbaycan ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;

Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq;

Separatçıların səngər qazmaq cəhdinin qarşısı da alınıb”.

 

 






Fikirlər