TÜRKİYƏDƏ SEÇKİDƏ KİMİN QALİB OLACAĞI GÖZLƏNİLİR? - Son rəy sorğusunun nəticələri açıqladı...

Türkiyədə mayın 14-də keçiriləcək seçkilərə sayılı günlər qalmış xalqın rəyinin öyrənilməsi istiqamətində sorğular davam edir. Qardaş ölkədə ən çox etibar edilən sorğu şirkəti  olan "Areda Sorğu" 28 aprel 2023-cü il tarixli seçki sorğusunun nəticələrini açıqlayıb. 

"AzPolitika.info" xəbər verir ki,  25-27 aprel tarixləri arasında 14 min 193 nəfərin iştirakı ilə keçirilən sorğuda "14 may 2023-cü ildə keçiriləcək prezident seçkilərində hansı namizədə səs verəcəksiniz?" sualı qoyulub. 

BİRİNCİ TURDDA KİMƏ SƏS VERƏCƏKSİNİZ?

"2023-cü il mayın 14-də keçiriləcək Prezident seçkilərində hansı namizədə səs verəcəksiniz?"  sualına iştirakçıların 51,1 faizi  Rəcəb Tayyib Ərdoğan cavabını verib. Rəyi öyrəlinənlərin 42 faizi Kamal Kılıçdaroğluna, 4,1 faizi Məhərrəm İncəyə, 2,8 faizi Sinan Oğana səs verəcəklərini deyiblər.

 

 

SEÇKİ İKİNCİ TURA QALARSA  KİMƏ SƏS VERƏCƏKSİNİZ?

"Prezident seçkiləri 2-ci tura qalarsa aşağıdakı namizədlərdən hansına səs verərdiniz?" sualına iştirakçıların 53,3 faizi Rəcəb Tayyib Ərdoğan cavabını verib. İştirakçıların  46,7 faizi isə Kamal Kılıçdaroğluna üstünlük verib.

 

 

PARLAMENT SEÇKİLƏRİNDƏ KİMƏ SƏS VERƏCƏKSİNİZ?

"Parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz?" sualına isə iştirakçılar belə cavab veriblər: AK Partiya 41,3%, CHP 26%, MHP 8,8%, Yaşıl Sol Partiya  8,7%, İYİ Partiya 7%, Vətən Partiyası 2,8%, Türkiyə Fəhlə Partiyası 1,7%, Yenidən Rifah Partiyası 1,5 %, Zəfər Partiyası 1,4%, Böyük Birlik Partiyası yüzdə 0,4%, digərləri 0,4:.

 

 






Fikirlər