Ağ Evə kokaini kim gətirib: Baydenin oğlu, Ancelina Coli, Elton Con, ya KİM?

Kəşfiyyat xidmətləri Ağ Evin qərb qanadına kimin kokain gətirdiyini yoxlayarkən, bukmeker kontorları artıq ABŞ prezidentinin oğlu, əvvəllər narkomanlıqdan əziyyət çəkən Hanter Baydenə dair mərc qəbul edirlər.
 New York Post-a görə, BetOnline bukmeker kontorunda Hanter Baydenin Ağ Evdə tapılan narkotikdə əli olduğuna dair əmsalı +170-dir. Digər namizədlər arasında Ancelina Coli (+1400), "Con qardaşlarından biri” (+1000), Snup Doqq (+1600) və Elton Con (+1600) var. 
Prezident Co Bayden üzrə əmsal +15 000, birinci xanım Cil Baydenin reytinqi isə bir qədər yüksəkdir: +10 000.
Xatırladaq ki, iyunun 9-da axşam saatlarında iqamətgahın qərb qanadında "yüksək insan axınının olduğu ərazidə" ağ toz torbası tapıldıqdan sonra Ağ Ev təxliyə edilib. Araşdırma nəticəsində tozun kokain olduğu təsdiqlənib.
Co Bayden hadisə ilə bağlı şərh verməyib.  Qaynarinfo






Fikirlər