Baydenin arvadı onun zehni qabiliyyətlərini yoxlamaqdan imtina edib

Baydenin arvadı onun zehni qabiliyyətlərini yoxlamaqdan imtina edib

ABŞ-nin birinci xanımı Cill Bayden prezidentliyə yaşlı namizədlərin əqli qabiliyyətlərinin yoxlanılması ideyasını gülünc adlandırıb.

O bildirib ki, əri, ABŞ-nin hazırkı Prezidenti Co Bayden belə bir test verməyəcək.

Bundan əvvəl siyasətçi Nikki Heyli yaşı 75-i keçən bütün prezidentliyə namizədlərin əqli imkanları ilə bağlı testdən keçmələrini təklif edib.

“Gülüncdür... Biz bunu hətta müzakirə belə etməyəcəyik”, - deyə Cill Bayden CNN-ə müsahibəsində bildirib.

ABŞ-nin birinci xanımı Baydenin bu yaxınlarda Varşava və Kiyevə səfərini onun səhhətinə və ağlının başında olmasına əsas kimi göstərib.






Fikirlər