AZƏRBAYCANDA GÜCLÜ ZƏLZƏLƏ OLDU - Titrəmənin şiddəti açıqlandı (Yenilənib)
Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:16-də baş verən zəlzələ hiss olunub. Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub. *** İlkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub. Mövcud məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.