Süleymani və Rəisinin ölümünə iki fərqli reaksiya – Xameneinin bu hərəkəti sual doğurdu (VİDEO)

Mayın 19-da Prezident İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, eləcə də digər hökumət rəsmilərinin ölümü ilə nəticələnən məlum helikopter qəzası təkcə İranda yox, bütün dünyada böyük rezonans doğurdu. Xüsusən də, Rəisinin sıradan bir qəzaya, yoxsa hakimiyyətdaxili qarşıdurmaya qurban getməsi ilə bağlı bu gün də müxtəlif konsperolji fikirlər irəli sürülür.

“AzPolitika” xəbər verir ki, məlum hadisənin ardından əsas diqqət çəkən məqamlarda biri ölkənin Ali rəhbəri Seyid Əli Xameneinin reaksiyası olub. O, prezidentin ölümünə sıradan bir hadisə kimi yanaşmış, “Ölkənin işində heç bir problem olmayacaq”,- şəklində qəribə bir açıqlama ilə yadda qalmışdı. Digər tərəfdən 2020-ci ildə öldürülüən SEPAH-ın Qüds Qüvvələrinin Komandanı Qasım Süleymaninin Tehrandakı dəfnində hönkür-hönkür ağlayan Xameni, nədənsə, ötən gün Rəisinin vida mərasimində soyuqqanlı reaksiyalar sərgiləyərək, fərqli bir münasibət göstərib.

Xameneinin İran üçün önəmli fiqurlar hesab olunan bu iki şəxsə göstərdiyi fərqli münasibət sosial şəbəkələrdə istər-istəməz sui-qəsd iddialarını yenidən gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri Rəsinin Xamenei tərəfindən hazırlanan sui-qəsd nəticəsində həlak olduğunu bildirblər.

Qeyd edək ki, son vaxtlar siyasi kulislərdə gəzən söz-söhbətə görə, İbrahim Rəisi Xameneidən sonra İranın Ali rəhbəri olmağa əsas namizəd idi. Xamenei isə bunun əksinə, oğlu Müctəbanini öz yerinə gətirmək istəyirdi. İddialara görə, Rəsinin ölümü Müctəbaninin önünü açdı və onu Ali rəhbər postuna bir nömrəli namizədə çevirdi.

 

 






Fikirlər