PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Bəhruz Bəhramov kimdir? + DOSYE (Yenilənib)

Prezident sərəncam imzaladı: Bu şəxslərə pulsuz avtomobil veriləcək | Mediapress.az

Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Fərman oğlu Bəhramov 8 aprel 1982-ci ildə anadan olub. 

O 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. 2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalavr təhsili alıb.

2005-2006-cı illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universiteti, maliyyə üzrə magistr dərəcəsi alıb. 

Bəhruz Bəhramov ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. O, 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib

Evlidir, bir övladı var.

 

 






Fikirlər