OBAMA MƏSCİDİ ziyarət etdi - İLK dəfə

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Amerikada məscidi ziyarət edərək, Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb.
AzNews.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.

Obama, amerikalıları irqi və dini ayrıseçkiliyi rədd etməyə çağırıb.
ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır.
Ağ Evin sözçüsü bildirib ki, prezident Obama bundan öncə xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət edib. 

(Azərtaym.az)






Fikirlər