AZƏRBAYCANDA SATILAN GÜNƏBAXAN tumları Çernobıldan gətirilir? - ŞOK İDDİA

Azərbaycanda istehlakçılara ildə ən azı 2-3 adda qovrulmuş günəbaxan tumları təqdim olunur.

Marketlərdə ən çox satılan məhsullar içərisində yer alan günəbaxan tumlarının yaxşı gəlir mənbəyi olduğunu bilən bəzi işbazlar məhsulu emal etmək üçün əlavə xammal bazarı axtarışına çıxır. Çünki ölkəmizdə olan günəbaxan istehsalı bu tələbatı ödəyəcək həddə deyil. 

AzerTaym.az Medicina.az-a istinadən xəbərinə görə, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda satışda olan qablaşdırılmış, qovrulmuş günəbaxan tumlarının bir çoxunun Ukraynanın Çernobıl vilayətindən gətirilməsi barədə şayiələr dolaşması barədə materiallar təqdim olunur. İnsanlar radiasiyalı ərazidən daşınan tumların orqanizm üçün ziyanlı olmasını bilir, bu səbəbdən aldıqları məhsulun radiasiya yükünün yoxlanmasını tələb edir.
Məlumdur ki, Çeynobıla yaxın ərazilərdə belə yetişən bitki, tərəvəz, meyvə və heyvandarlıq məhsulları istifadə oluna bilməz.
Çernobıl radiasiyası insana uzun müddət sonra təsirini göstərməyə başlayır. Əgər belə hal varsa, xüsusən günəbaxan tumunu xoşlayan uşaqlar təhlükə altındadır.
Bununla bağlı sayta açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onlarda istənilən toxumda olan radiasiyanı ölçmək üçün xüsusi cihazın olduğunu bildirib. Qeyd edib ki, amma bu cihaz bu vaxta kimi yoxlamalarda istifadə olunmayıb. 
E. Hüseynov qeyd edib ki, quruma günəbaxan toxumları ilə bağlı şikayətlər olunur:
"Çernobılda yetişdirilən günəbaxan bitkisinin tumlarının ölkəyə sahiblarlar tərəfindən idxal olunması mümkündür. Azad bazar şəraitidir, kim nə istəyir gətirir, satır. İlk baxışda normal məhsuldur. Amma çoxlarının ağlına gəlmir ki, onun radiasiyalılığını yoxlasın. Belə tumlar sağlamlıq üçün təhlükəli ola bilər. İstehlakçılar yenə də diqqətli olsun. Qablaşdırılmış tumların üzərində məhsulun mənbəyi haqda məlumat olmur.
 Məhsulun markalanmasına, saxlanma şəraitinə, müddətinə fikir versinlər. Tumun rəngi, dadında xoşagəlməz nəsə hiss etsələr, onu qəbul etməsinlər. Ümumiyyətlə, düzgün qovrulmamış tumlarda toksiki elementlər, radionuklidlərin miqdarı normadan yüksək olur. Artıq tum istehsalı və satışı müəssisələrinə ciddi nəzarətin vaxtı çatıb”.
Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri, ekspert Vahid Məhərrəmov ölkəyə həm yağ, həm günəbaxan tumu istehsalı üçün xammal tum idxal olunduğunu bildirərək, bu məsələdə sui-istifadə hallarının qarşısının alınmasının vacib olduğunu deyib:
"Çernobıl Yer üzünün cəhənnəmidir. Ora yaxın ərazilərdə yaşayan əhali özü belə orda yetişən məhsulu yemir, ümumiyyətlə orda məhsul yetişdirmək qadağandır. Çernobılda yetişən məhsulu idxal etmək, emal edib satmaq cinayətdir. Ölkəyə daxil olan günəbaxan tumunun hansı regiondan gəlməsi nəzərə alınmalıdır. Toxumlarda radiasiya dərəcəsi yoxlanılmalı, bunun üçün xüsusi cihazlar istifadə olunmalıdır. Ola bilər ki, Çernobılda yetişdirilib, ucuz satılan məhsulu alan bəzi işbazlar var. Bizim kimi ölkələrə bəlkə də hansısa yollarla idxal olunur.
 Amma belə bir fakt varsa, aşkarlanaraq qarşısı alınmalıdır. Yenə də deyirəm ki, bu, cinayətdir
 






Fikirlər