Hüquq müdafiəçilərindən ƏFV XAHİŞİ
Azərbaycanın hüquq müdafiəçiləri prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müsavat.com-un xəbərinə görə, müraciətdə deyilir: Hörmətli cənab Prezident! Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik. 2018-ci ildə Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müracət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər. Dərin hörmətlə: Novella Cəfaroğlu - Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Səidə Qocamanlı –İnsan Haqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi Zəlihə Tahirova – Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvü Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin sədri Arzu Abdullayeva – Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Əvəz Həsənov – Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri. Musavat.com