“Əsgərlikdən yayınmaq üçün xaricdə oxumağa gedirlər” - DEPUTAT

““Əsgərlikdən yayınmaq üçün xaricdə oxumağa gedirlər” - Deputat

Millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bəzi valideynərin öz övladlarını qanunsuz yolla əsgərlikdən yayındırmaqda ittiham edib.

Qafqazinfo” xəbər verir ki, F. Mustafa qeyd edib ki, bu tələbələr illərlə gedib xaricdə qalırlar və beləliklə də hərbi xidmətdən yayınırlar: “ Mən bu yaxınlarda Türkiyədə oxuyan tələbələrlə bağlı araşdırma apardım. Məlum oldu ki, gənclərin çoxu elə birinci kursda da qalıblar. Həmin universitetlər üçün bu problem deyil. Çünki pulları ödənilir. Belə olan halda biz ölkədə universitetə daxil olmaq qaydalarını asanlaşdırmalıyıq ki, tələbələrin çoxu təhsil almaq üçün xaricə getməsin”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, son günlər cəbhə xəttində baş verən hadisələrə görə nə qədər xaricdə oxuyan tələbə orduda xidmət etmək üçün müraciət ediblər: “İndi bilmirəm sizdə bu hardandır, amma yaxşı nümunələri də demək lazımdır”.






Fikirlər