“Fətullah Gülən Türkiyədə ÇEVRİLİŞƏ cəhd etməyib”
Araz Əlizadə: “Bütün bunlar Ərdoğanın oyunudur” Türkiyədə bəzi media orqanları Fətullah Gülən tərəfdarlarının Azərbaycanda ciddi sosial bazaya malik olduğunu, onların Azərbaycanda çevriliş təşkil etmək imkanının yüksək olduğunu idida edir. Maraqlıdır, həqiqətənmi Azərbaycanda Gülən tərəfdarlarını sayı uğurlu çevriliş üçün yetərli sayılacaq qədər çoxdur? Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə bu qənaəti bölüşmədiyini vurğulayıb: “Fətullah Gülən Türkiyədə heç bir çevrilişə cəhd etməyib. Bütün bunlar Ərdoğanın özünün oyunlarıdır. İkincisi, Azərbaycan dövləti güclü dövlətdir, onun daxilində təfriqə yoxdur. Bizdə heç kəs diktatura yaratmaq fikrində deyil. Ona görə də bizdə heç bir dövlət çevrilişi cəhdi ola bilməz”.