Rövnəq Abdullayevin oğlu KLUB rəhbəri seçildi

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev vəzifəyə gətirilib. 

Modern.az saytı xəbər verir ki, Rəşad Abdullayev Azərbaycan Çempionatının birinci dəstəsində çıxış edən  “Səbail” Futbol Klubunun Müşahidə Şurasına yeni sədr təyin edilib.

Klubun Müşahidə Şurasının əvvəlki sədri Yusif Həsənov isə icraçı direktor təyin edilib.

Qeyd edək ki, Rəşad Abdullayev 2013-cü ilin mayında  baş qərargahı İstanbulda yerləşən AzeDer adlı təşkilat yaradıb. Azeder-in adından verilən açıqlamada bildirilir ki, qurum təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışmağı qarşısına məqsəd qoymuş ünsiyyət və fəaliyyət məkanı olan azərbaycanlı gənclərin platformudur..

Rəşad Abdullayev AzeDer-in 1 illiyində bildirib ki, qurumun missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərin sosial həyatını inkişaf etdirməkdir. Bunun üçün müxtəlif tədbirlər, layihələr həyata keçirirlər.

Hazırda Türkiyədə təhsil alan azərbaycanlı gənclərin böyük əksəriyyəti AzeDer-in üzvləridir.






Fikirlər