Tənha bank işçisini dostları dəfn etdi - Ölümdən əvvəl vəsiyyət edibmiş... Fotolar
Xəbər verdiyimiz kimi, dünən Bakının Yasamal rayonu, Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü piyadanın ölümünə səbəb olub. Qəza nəticəsində həyatını ititrən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlu olub.
Qeyd edək ki, Fariz Abbasov Bakıda uzun illər sığorta və bank sektorunda çalışıb. O, daha öncə Beynəlxalq Sığorta Şirkətinin icraçı-direktoru olub.
Criminal.az saytı xəbər verir ki, mərhum F.Abbasov subay olub. Onun yas mərasimi dostları tərəfindən dəfn olunub. Ailəsi olmayan F.Abbasov tanınmış banklarda yüksək vəsifə sahibi olub. Ölümündən əvvəl vəsiyyət də edibmiş. Vəsiyyətində var-dövlətinin, mülkünün xeyriyyə işlərinə sərf edilməsini yazıb.
“1news.az”a istinadən Fariz Abbasovun və dəhşətli qəzanın fotolarını təqdim edirik:
'