Anarın müşaviri sələmə pul VERİR…

Картинки по запросу yaziçi anar

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın müşaviri Rauf Aslanovun dələduzluqla üzləşməsi xəbərinin təfərrüatı məlum olub.

Gununsesi.info-ya daxil olan məlumata görə, R.Aslanov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin aprel ayında və 2015-ci ilin fevral ayında 1969-cü il təvəllüdlü Şəmsi Mirzə onu aldadaraq 30 min manat və 20 min ABŞ dollar pulunu alıb.

Qeyd olunur ki, dələduzluqda adı hallanan Şəmsi Mirzə, tanınmış şair, “Yazıçı” Nəşriyyatının rəhbəri Şəmsi Vəfadardır.

Dələduzluğun təfərrüatına gəldikdə isə məlum olub ki, Şəmsi Vəfadar Rauf Aslanovdan həmin məbləği sələmə götürüb. Ş.Vəfadar tərəfindən götürülmüş sələmin ödənişləri edilsə də, valyutanın dəyişməsi və verdiyi sələm faizinin yüksək olması, məbləği daha da qabardıb.

Saytımıza daxil olan məlumata görə, Rauf Aslanov ümumiyyətlə, uzun illərdir sələmçiliklə məşğuldur.

Bu cür hadisə isə onun sələmə pul verdiyi şəxslərlə aralarında baş verən və hüquqi müstəviyə qədər gedib çıxan təkrar haldır.

 






Fikirlər