"Azərbaycandakı ölümlərin yarıdan çoxunun səbəbi ürək-damar xəstəlikləridir" - DEPUTAT

Картинки по запросу rəşad mahmudov

"Azərbaycanda ötən il baş vermiş ölümlərin 57,8-inin səbəbi ürək-damar xəstəlikləri olub".

Bu sözləri jurnalistlərə açıqlamasında Bakı Ürək Mərkəzinin həkimi, millət vəkili Rəşad Mahmudov deyib. O bildirib ki, bu problem bütün dünya üçün aktuallığını qoruyur: "Bu qədər önəmli xəstəliklə mübarizə səhiyyə sisteminin də, dövlətin də prioritet istiqamətlərindəndir.
 Bu gün ölkəmizdə bu sahəyə ayrılan diqqət, xüsusən kadr potensialının hazırlanmasında son illərdə görülən işlərlə post-sovet məkanında ilk yerdəyik. İcbari tibbi siğorta sahəsində aparılacaq islahatlarla birlikdə bu potensialı daha da artıracağıq. Kadr potensialı əlimizdə varkən maddi-texniki bazamız da göz qabağındadır".
R.Mahmudov bildirib ki, xaricdə olan gənc kadrlarımızın ölkəyə qaytarılması istiqamətində işlər aparılır: "Bunun üçün ciddi proqramlar üzərində iş aparırıq".
AzerTaym.az






Fikirlər