ANS-in APARICISI siyasi sığınacaq aldı - “Mənən İNTİHAR ETDİM”
Bir müddət əvvəl bağlanan ANS TV-nin aparıcısı Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib. “Qafqazinfo” xəbər verir ki, jurnalist Almaniyadan siyasi sığınacaq alıb. Bu barədə T. Rafiqqızının özü sosial şəbəkədə məlumat yayıb. O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib: “Son dövrdə baş verən proseslər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.