“Dəmir Bank” MÜFFLİS ELAN edildi

“Dəmir Bank” müflis elan edildi

Bakı Apellasiya Məhkəməsinin 27.12.2017-cı il tarixli 2-1 (103)-3194/17 saylı qərarı ilə “Dəmir Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən məlumat verir ki,, Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının qərarı ilə ləğv olunub.






Fikirlər