Nazir Qubaya GEDƏCƏK
Kənd təsərrüfatı naziri Heydər Əsədov 26 yanvar 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək. “AzerTaym” xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Quba Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-205-25-75) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.