NAZİRDƏN yaşıllıqların qorunması ilə bağlı İŞ ADAMLARINA XƏBƏRDARLIQ...
“Yaşıllıq olan ərazilərdə biznesmenlər, iş adamları daha diqqətli olmalı, şüurlu düşünməli və belə ərazilərdə iş görməməlidirlər. Nazirliyə tapşırılıb ki, bu cür variantların qarşısını almaq üçün zəruri tədbirlər görülsün. Nazirlik bu məsələ ilə bağlı polis orqanları ilə əməkdaşlıq edir. Qanusuz ağac kəsimləri ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən tapılıb cəzalandırılır". AzerTaym.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, son 2 ildə qanunsuz ağac kəsimləri ilə bağlı şikayətlər kifayət qədər azalıb: “Ölkəyə gələn turistlərin xüsusilə getdiyi yerlərdən biri meşəlik ərazilərdir. Bu səbədən meşələrdə ekologiyaya dəyən zərərin qarşısının alınması üçün diqqət artırılır". Nazir bildirib ki. təbiəti qorumaq tək hüquq mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır: "Nazirlik əməkdaşlarının elə bir səlahiyyətləri yoxdur ki, bütün yük maşınlarına baxıb nəzarət etsin. Bu məsələdə insanlar özləri də bir qədər həssas olmalıdırlar. Əgər biz təbiəti seviriksə, onu qorumalıyıq. İnsanlar meşəyə hücum edib, zərər verəcəksə, bu, qarşısı alınmaz hala gəlir. Qanunsuz ağac kəsimi ilə məşğul olanlar siravi vətəndaşlardır. Onlar düşünmürlər ki, Azərbaycan və zərər vurduqları təbiət onlarındır".