Nazirlik əməkdaşları ağac əkdi - FOTOLAR

“ Nazirlik əməkdaşları ağac əkdi - Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında daxili tələbatın ödənilməsi və ixrac potensialı nəzərə alınaraq kənd təsərrüfatı əhəmiyyətli zeytun ağaclarının əkini aparılıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, aksiyada nazir Hüseyn Bağırov, nazirliyin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri və ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 300-ə yaxın təmsilçisi iştirak edib. Əzaq məhsulları istehsalının genişləndirilməsi məqsədilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu ərazisinin 1,5 hektarlıq sahəsində, zeytun ağaclarından ibarət yeni yaşıllıq sahəsi salınıb.

Sonra aksiya iştirakçıları 30 hektardan artıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib.

 

 Nazirlik əməkdaşları ağac əkdi - Fotolar
 Nazirlik əməkdaşları ağac əkdi - Fotolar
 Nazirlik əməkdaşları ağac əkdi - Fotolar
 Nazirlik əməkdaşları ağac əkdi - Fotolar
 Nazirlik əməkdaşları ağac əkdi - Fotolar

 






Fikirlər