KÜLƏKLİ HAVA şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

Nazirlik “Whatsapp”da yayılan səsin qurumla heç bir əlaqəsi olmadığını açıqladı

Məlum olduğu kimi, aprelin 29-da axşam saatlarında “Whatsapp” sosial şəbəkəsində hava haqqında təhlükəli proqnoz yayıldı. Proqnoz təkcə paytaxt Bakıda deyil, regionlarda da narahatlıqla qarşılandı. Həmin gün Təhsil Nazirliyinin də qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlığı bu narahatçılığı bir qədər də artırdı. Qeyd edək ki, Təhsil Nazirliyi martın 30-dan 31-i günorta saatlarınadək Bakıda və Abşeron yarımadasında güclü, təhlükəli şimal-qərb küləyi əsəcəyi ilə bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırmışdı. Eyni zamanda, Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunurdu.

Bəs, qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? “Whatsapp”da yayılan qorxulu proqnoz nə dərəcədə doğrudur?

Gülşad Məmmədova ə ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Yeni Müsavat”a danışıb. Qurum əməkdaşı ilk öncə qeyd edib ki, sosial şəbəkədə yayılan proqnozun qurumla heç bir əlaqəsi yoxdur: “Qurumumuz 2-3 gün əvvəldən Bakıda və Abşeron yarımadasında, martın 30-dan 31-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi haqda xəbərdarlıq etmişdi. Bu haqda məlumat kütləvi informasiya əlaqələrinə, qurumlara, o cümlədən Təhsil Nazirliyinə çatdırılmışdı. Qeyd edim ki, martın 31-i günortayadək   davam edəcək küləyin sürəti 18-23, arabir 25-30 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Bakıda, eləcə də rayonlarda yağmursuz hava olacaq”.

Gülşad Məmmədova aprelin 1-dən başlayaraq hava şəraitinin mülayimləşəcəyini bildirib: “Artıq aprelin 1-dən başlayaraq havanın temperaturu yüksələcək, mülayimləşəcək. Bakıda, eləcə də regionlarda yağmurlu hava gözlənilmir”.






Fikirlər