Mərhum akademikin xanımından şikayət...

Mərhum akademikin xanımından şikayət...Mərhum akademik Tofiq İsmayılovun xanımı Lalə İsmayılova İstiqlal.az saytına növbəti müraciətini göndərib. Lalə İsmayılovanın müraciətini təqdim edirik:

"Hörmətli redaksiya! 14.10.2014, 21.10.2014, 12.11.2014 və 27.11.2014-cü il tarixlərdə Sizə ünvanladığım və saytınızda dərc edilən müraciətlərimdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun və onun qohumlarının mərhum akademik Tofiq İsmayılovun ailəsinə və dövlətimizə qarşı törətdikləri cinayətləri geniş şəkildə açıqlamışam. Əfsuslar olsun ki, Akim Bədəlovun qudası olan Ali Məhkəmənin sədri Ramiz Rzayevin və digər himayədarlarının məhkəmənin ədalətli gedişatına təzyiqləri və kobud müdaxilələri nəticəsində cinayəti subuta yetirən bütün sənədləri təqdim etməyimizə baxmayaraq ailəmizə mərhum yoldaşımdan miras qalan "Xəzər" Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzindəki hüquqlarımızın bərpa edilməsinə və cinayətkarların cəzalandırılmasına günü bu günədək nail ola bilməmişik.

Bu müraciətimdə ictimaiyyətimizin və müvafiq dövlət orqanlarının diqqətini Akim Bədəlovun heç də hamar olmayan fəaliyyətinin bir çox qaranlıq məqamlarına yönəltmək istəyirəm. Son dövrlər bir sıra yüksək dövlət postları tutan məmurlar və iri çaplı oliqarxlar barəsində Beynəlxalq Bank vasitəsi ilə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktları üzrə istintaq hərəkətləri nəticəsində cinayət işlərinin açılmasının şahidiyik.

Qeyd etmək istəyirəm ki mənimsənilmə faktları üzrə adları keçən "Globus Plaza"nın Tbilisi və İzmir prospektlərinin kəsişməsində, "Sity Developer"MMC-nın M.Qardaşları ilə Tolstoy küçəsinin kəsişməsində olan obyektlərin layihələndirmə və inşa işlərini ailəmizdən saxtakarlıq yolu ilə oğurlanan, hazırda A.Bədəlov və onun ailəsinə məxsus "Xəzər" aparıb. Həmçinin kimə məxsus olması heç kəs üçün sirr olmayan Zaqatala şəhər stadionu da "Xəzər" tərəfindən inşa edilib.

Beynəlxalq Bankın vəsaitləri hesabına tikilən bu və digər obyektlərin tikintisi zamanı Akim Bədəlov tərəfindən külli miqdarda mənimsənilmələrə əl atması şübhəsizdir.
Lakin Akim Bədəlov yuxarıda qeyd edilən əməllərlə kifayətlənmir. Agentliyin sədri olaraq dövlət tərəfindən alternativ energetika üçün ayrılan on milyonlarla vəsaiti talayır. Belə ki, büdcəmizdən günəş stansiyaları üçün ayrılan vəsait hesabına Akim Bədəlovun ailəsinə məxsus "Azgüntex" müəssisəsində yığılmış və mərhum akademik Tofiq İsmayılovun elmi işi olan günəş panelləri alınır. Üstəlik büdcəmiz hesabına stansiyaların tikinti və quraşdırma işlərini "Xəzər" aparır.

Bəs görəsən 2009-cu ildə o vaxtlar Yanacaq və Energetika Nazirliyi tərkibində yaradılan və 2013-cü ildən artıq müstəgil Agentliyin rəhbəri kimi Bədəlov bu 5 ildə ölkəmizin energetikası üçün nə edib? Yalnız mərhum T. İsmayılovun proyekti olan Qobustan poliqonu və bu yaxınlarda Suraxanı günəş stansiyası üst-üstə 6-7 Mqv. Amma stansiyaların tikintisi işin tamamı demək deyil. A. Bədəlov qurduğu stansiyalardan ölkəmizin enerci şəbəkəsinə bu günədək 1kvt belə enerji verilməyib. Səbəbi çox sadədir. Alternativ stansiyadan verilən enerjinin ölkə şəbəkəsinə qoşulması üçün onun fasiləsiz olması lazımdır və orada istehsal edilən enerjinin digərlərindən baha olmaması. Bədəlovun quraşdırdığı stansiyalar bu şərtlərə uyğun gəlmir, panellər təmamilə xaricdən gətirilmə hissələrdən yığıldığına görə orada istehsal edilən enerji dəfələrlə baha başa gəlir".






Fikirlər