SAÇI QIRXILAN qadınla bağlı DAHA BİR - AÇIQLAMA
“Dünən sosial səbəkələri ayağa qaldıran hadisə Azərbaycan ərazisində baş verməyib”. Bu barədə Modern.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova xəyanət etdiyi üçün saçı qırxılan qadının videosundan danışarkən deyib:
“Videodan danışan qayınana qızın yaxın qohumudur. Ər azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Hadisə 3 ay bundan əvvəl olub. Videonun yayılmasında ər və yaxın qohumlar iştirak etməyib". M.Zeynalova videonun digər şəxlər tərəfindən yayıldığını bildirərək, əlavə şərh vermək istəməyib.