Çingiz Qənizadə ilə seçicilər arasında QALMAQAL – VİDEO
80 saylı İmişli-Beyləqan seçki dairəsindən olan deputat Çingiz Qənizadə ilə seçicilər arasında qalmaqal yaşanıb. “AzerTaym.az" yeni sabah-a istinadən xəbər verir ki, namizdin görüşündə iştirak edən müharibə iştirakçısı olan sakinlərdən biri yaşayışından şikayət edib. Ç. Qənizadənin “təsərrüfatın yoxdurmu” sualına cavab olaraq o deyib: - Cəmi 48 son torpağım var. Mən onunla ailəmi necə dolandırım? Onun da yarısı qamışlıqdır. Çingiz Qənizadə: İndi biz ayrı torpaq işğal etməliyik? Kəndinizdə olan budur, 48 sot düşüb. - Onunla ailə saxlamaq olar? - İndi nə etsin, bələdiyyə hardan torpaq versin? - Milləti yaşatmaq lazımdır. - Millət normal yaşayır də... Deputatın son cavabından sonra ona yerdən etirazlar səslənib. Həmin görüntüləri təqdim edirik: