Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 13-ə endi - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

 Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 042 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər  922 069  test aparılıb. İndiyədək   534  nəfər COVID-19-dan dünyasını dəyişib, 36 435  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 054 nəfərdir. Hazırda 141  nəfər reanimasiyada müalicə alır. 13  nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 126  yoluxma, 144 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.






Fikirlər