Şəhid ailəsindən rüşvət alan icra başçısı haqda daha bir sensasion xəbər
Bu gün vəzifəsindən azad edilən Cəlilabadın icra başçısı Namiq Zeynalov və daha bir neçə nəfərin saxlanılması barədə xəbər yayılıb. Namiq Zeynalovun əməlləri barədə bəzi faktlar barədə məlumatlar mediada yayılıb. Bu yazıda isə Namiq Zeynalovun yerli iş adamından rayonun abadlıq-quruculuq adı ilə 140 min manat vəsaiti necə mənimsədiyi barədə faktlardan danışacağıq. İlk olaraq onu qeyd edək ki, yerli iş adamı Alış Qulam oğlu Əliyev bundan öncə də rayonun abadlıq-quruculuq işlərində fəal iştirak edib. 2018-ci ildə Namiq Zeyanlov bu rayona İcra başçısı təyin olunduqdan sonra da iş adamı Alış Əliyev rayonun sosial-iqtisadi inkişafına və abadlıq-quruculuq işlərinə öz təhfəsini verib. İş adamı yeni Ələt-Astara “İpək yolu” fəaliyyət göstərdiyindən Cəlilabad şəhər mərkəzinə yeni yol çəkdirir. 11 km-lik bu yol Novoqolovka kəndi ərazisindən rayon mərkəzinə gedir. Cəlilabad rayonuna gedən şəxslər artıq bu 11 km-lik yolun hər iki istiqamətində zövq oxşayan abadlıq işlərini gözləri ilə görüb. Qeyd edək ki, yolun tikintisində 45 nəfər insan çalışıb. İş adamı öz vəsaiti hesabına bu işləri görüb. Cəlilabad RİH başçısı Namiq Zeynalovla razılıq da belə olub ki, rayon büdcəsində vəsait olmadığından iş adamı bu işləri görəcək və yekunda sərf olunacaq vəsait iş adamına qaytarılacaq. Elə də olur. İş adamı Alış Əliyev qısa zamanda nəzərdə tutulan ərazidə abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirir. İş görülüb qurtardıqdan bir müddət sonra isə iş adamı razılaşmaya əsasən xərclədiyi vəsaitin geri qaytarılmasını istəyir. Və problem də bundan sonra başlayır. İş adamı ilə Namiq Zeynalov dəfələrlə görüşüb pulunu tələb etsə də, İcra başçısı müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaq istəmir və möhlət istəyir. Bu proses nə az, nə çox düz iki il davam edir. Hətta İcra başçısının müavinləri və digər qurumların rəhbərləri Namiq Zeynalova iş adamlaırnın haqqını geri qaytarmağı təklif edirlər, ancaq bu şəxs onları da eşitmir. Nəticədə pulunu geri ala bilməyən iş adamı məcburiyyət qarşısında daha yüksək instansiyalara müraciət etməli olur. O həm şifahi, həm də yazılı şəkildə müraciətini müvafiq dövlət qurumlarına edir. O hətta Mili Məclis Sədrinə, Prezident Administrasiyasına, Prokurorluğa rəsmi müraciət edir. Bu işdən hətta Prezident köməkçisi Kərəm Həsənov da xəbərdar olur və RİH başçısından iş adamlarına qarşı belə yarıtmaz hərəkətlərinə son qoymağı və aldığı vəsaitləri geri qaytarmağı tələb edir. Ancaq Namiq Zeynalov onu da eşitmir. Hər dəfə möhlət istəyir və aldığı pulları qaytarmamaq üçün bir bəhanə axtarıb. İşa damı Alış Əliyev onu da bildirib ki, gördüyü işlər barədə həm şahidləri var, həm də görülən işlər sənədləşdirilib. Əldə etdiyimiz məlumata görə, Namiq Zeynalov Alış Əliyevdən başqa daha bir neçə iş adamından müxtəlif adlarla külli miqdarda pul alıb və geri qaytarmayıb. O hardasa digər iş adamlarında yüz min manatdan artıq vəsaitini mənimsəyib və geri qaytarmayıb. /Ölkə.az