Xankəndi və Xocalı ilə bağlı AÇIQLAMA

Xankəndi və Xocalı ilə bağlı AÇIQLAMA

"10 noyabrdan keçən dövrə baxsaq, ölkə rəhbərinin hər səfəri planlı, strateji mesajlarla zəngin, nəinki arxa planında olan məqsədləri, eləcə də ön cəbhəsi olan bir addımlardır. Bu, dünya azərbaycanlılarına, ölkəmizin tərəfdarlarına da yalnız əminlik, güvənc hissi verir".

  Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc bildirib.

Mərkəz sədrinin sözlərinə görə, bu gün azad olunmuş torpaqların üzərində Azərbaycan xalqının suveren haqlarının qayıtmasının bir başqa mənası sərhədlərimizin azad olunmasıdır: “Yəni Ermənistanla ən yaxın vaxtda strateji güc nisbətini ona qədərki 10 illər ərzində mövcud olan hərbi balanssızlıq aradan qaldırdı. Digər tərəfdən müşahidə olunur ki, bütün həlqələrdən, tutğaclardan əli çıxan düşmən tərəfi son dövr müxtəlif mədəni beynəlxalq təşkilatları daha artıq dərəcədə tarixi abidələr, yerlər, ənənələr, o cümlədən kilsə və s məsələlərdə səfərbər edir”.

Millət vəkili qeyd edib ki, ermənilər bu gün müxtəlif dinlərin ibadətgahlarını döyüş səngərinə çevirmək istəyir: “Azıx mağarasının tarixi mənası orada min illərdir insan varlığını özündə ifadə edən bir məkandır. Bundan sonrakı dövrdə xalqımız üçün ən önəmli siyasət o bölgənin Azərbaycan insanlarının qurucu əlləri ilə yaratmaq, bərpa etməkdir. O ərazilərə canlı həyatı, isti nəfəsi vermək əsas şərtdir. Bəşəriyyət o reallığı da görüb ki, həqiqətən də sıfırlanmış həyatı yenidən dirçəldib, qurub, yaradıb formalaşdırmaq necə olur. Bu dəfə də belə olacaq. Əgər dağıntılar erməni simasını ifadə edəcəksə, quruculuq Azərbaycanın və yaxud xalqımızın vizit kartı olacaq, onun simasını təşkil edəcək. Buna görə də cənab Prezident hər bir addımını Sərkərdə kimi atır və Qarabağ, Xankəndi, Xocalının artıq son dövrlər erməni informasiya və gerçək həyatında Zəngəzurun əldən getməsi onun nəinki, dəhliz bütövlükdə Ermənistanın özünün nəfəsliyi, yolunun bağlanması kimi qəbul olunur”.

Zahid Oruc qeyd edib ki, kiçik ərazinin tamamilə Azərbaycanın təsir dairəsinə düşməsi kimi Ermənistanın xarici siyasətinin təsir alətindən çıxaraq, büsbütün sanki İrəvanın Bakıdan idarə olunması gerçəkliyi meydana gətirilir: “Belə olan təqdirdə bu səfərlərin uzaq vadəli mənası var. Bu, hər bir insanımızda əminlik hissini möhkəmləndirir. Böyük qayıdışa yalnız müsbət təsir göstərir”. /Teleqraf 






Fikirlər