Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilib. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kordiologiya şöbəsində müayinəsinə başlanılıb. Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.