“BAKI GƏNCLƏR KLUBU” yeni layihəyə başlayır: “BİR ölür, MİN dirilərik - 2”

 “Bakı Gənclər Klubu” yeni layihəyə başlayır: “Bir ölür, min dirilərik - 2”

 Bakı Gənclər Klubu” gənclərin vətənpərvər ruhda boyüməsi istiqamətində növbəti layihəsini həyata keçirir.

“Bakı Gənclər Klubu” İctimai Birliyi dövlətimizin həyata keçirdiyi siyasətin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 15 sentyabr -15 dekabr 2021-ci il tarixlərdə “BİR  ölürMİN dirilərik - 2!” adlı layihənin icrasına başlayır. Layihə Bakı şəhəri, Biləsuvar rayonu və bir il öncə torpağlarımızın düşmən tapdağından azad olunma istiqamətində aktiv döyüşlər gedən cöğrafi ərazilərdə həyata keçiriləcək.

      Bu haqda "AzerTaym.az"-a təşkilatdan verilən məlumatda bildirilib ki, layihənin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyat və sağlamlıqlarını itirmiş döyüşçülərimizi videoçarxlar vasitəsilə cəmiyyətə tanıtmaq, müasir qəhrəman obrazı yaratmaqdır. Layihə çərçivəsində 3 videoçarxın çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlər Vətən müharibəsi qazilərin yaşadıqları Biləsuvar rayonu və 44 günlük müharibə zamanı qızğın döyüşlər getdiyi cöğrafi ərazilərə təşkil olunacaq.

Çəkilişlərdə müxtəlif hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıqla dolu döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyələr və s. əksini tapacaq. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, düşmən öz revanşist fikirlərindən geri çəkilmir və bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış videoçarxlar gələcəkdə uşaqlarımızın vətənpərvər ruhda böyüməsində, müasir qəhrəman obrazlarının yaradılmasında, həmin qəhrəmanların gənclər və cəmiyyət tərəfindən tanınmasında böyük rol oynayacaq.

“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunub və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.






Fikirlər